Tahir Gözəl: "Qurban Qurbanova deyirəm ki, sən futbolçunu seç, biz yanındayıq"

17:37 - 10 May 2018

“Qarabağ”ın prezidenti Tahir Gözəl klubun növbəti mövsüm üçün transfer siyasəti haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Tahir Gözəl Qol.az-a açıqlamasında bildirib ki, “Qarabağ”ın UEFA-dan bu mövsüm avrokuboklarda iştiraka görə 16 milyon avro gəlir qazanmasına  baxmayaraq, komandanın digər xərclərini də düşünürlər:

 

“Bilirsiniz ki, Çempionlar Liqasına görə UEFA-dan bizə maddi dəstək gəlib. Amma həmin o dəstək “Qarabağ”ın sadəcə bir illik xərclərini ödəyir. Məsələn biz gələn mövsüm ÇL-nin qrupuna vəsiqə qazana bilmədik. O zaman klubun büdcəsi yenə açıqda qalır. Biz o qədər mükafatlar veririk ki, elə gələn gəlir də o xərclərə gedir. Xarici ölkələrə gediş-gəliş, otel xərcləri, futbolçuları maaşları və s. Bunları da nəzər almaq lazımdır. Ancaq transfer məsələsi UEFA-nın verdiyi pula baxmır”.

 

O, komandanın baş məşqçisi Qurban Qurbanovun istədiyi futbolçuların transferi məsələsində yanında olacaqlarını söyləyib: “Qarşımızda olan bir həqiqətəndən danışaq. Bu il Avropaya getmək keçən ilə görə daha çətindir. Bu, bir faktdır. Mən bir klub prezidenti kimi Qurban Qurbanova deyirəm ki, sən futbolçunu seç, biz yanındayıq. Yəni, bu il daha çətindir. Qurban Qurbanov “Qarabağ” rəhbərliyinə fikrini deməlidir. Yəni, biz də fərqindəyik ki, komandamızın ciddi uğur qazanması üçün transferlər olmalıdı, yaxşı hazırlaşmalıdı. Bu mesajı Qurban Qurbanova mən vermişəm artıq. Demişəm ki, biz sənin yanındayıq. İmkanları dəyərləndir, qərar ver, biz də yanındayıq.”.

Xəbər xətti