Millimiz qrup ikincisi oldu

17:50 - 10 May 2018

2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.
 

Sportal.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü turda Slovakiya komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub.

 

Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdır. Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.

Xəbər xətti