Ardaya şok cəza: 16 oyun

18:55 - 10 May 2018

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in futbolçusu Arda Turana ağır cəza verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu 16 oyunluq cəzalandırılıb. Bundan əlavə 31 yaşlı futbolçu 39 min lirə cərimə olunub.

 

Qeyd edək ki, Arda Super Liqanın 32-ci turunda "Sivasspor"la oyunun (1:1) 94-cü dəqiqəsində yan xətt hakimini itələyib, onu təhqir edib və hədələyib.

Xəbər xətti