Topaz Premyer Liqası: 27-ci turun təyinatları açıqlandı

19:10 - 10 May 2018

Topaz Premyer Liqasında XXVII turun oyunları üçün hakim təyinatları müəyyənləşib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, görüşləri aşağıda adları qeyd olunan hakimlər idarə edəcək:


12 may (şənbə)

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
“Kapital Bank Arena”, 19:00 (“CBC Sport”/canlı)

 

“Keşlə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
“İnter Arena”, 17:00 (“CBC Sport”/canlı)

 

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
“Dalğa Arena”, 19:00

 

“Zirə” – “Kəpəz”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 19:00

Xəbər xətti