Məhəmməd Salaha növbəti mükafat

00:57 - 11 May 2018

"Liverpul"da cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuya əsasən, Məhəmməd Salah bu ada layiq görülüb.

 

25 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 35 oyuna 31 qol vurub, 9 assist edib. Salah Çempionlar Liqasında "Liverpul"un finala qədər irəliləməsində böyük rol oynayıb. Misirli futbolçu ÇL-də 12 oyuna 10 qol vurub və 4 dəfə də məhsuldar ötürmə edib. İngiltərə Federasiya kubokunda 1 oyun keçirən Salah 1 qol vurub.

 

Qeyd edək ki, Məhəmməd Salah Premyer Liqada da mövsümün ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti