"Qarabağ"ın futbolçusu: "Özümü sizin qarşınızda borclu hiss edərək ayrılıram"

12:55 - 12 May 2018

Pedro Enrike mövsüm başa çatan kimi "Qarabağ"dan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, braziliyalı vinger sosial şəbəkə hesabında “köhlən atlar”dan ayrıldığını yazıb və təşəkkür edib:

 

"Birlikdə geridə qoymaqda olduğumuz bu mövsümə görə "Qarabağ"a və bütün Azərbaycan xalqına təşəkkür edirəm. Həyatımın həlledici hissələrindən biri geridə qaldı. Birlikdə keçirdiyimiz bu 9 ayı sevgiylə xatırlayacam. Həmişə əlimdən gələnin ən yaxşısını etməyə, var gücümlə oynamağa çalışmışam. Burda futbol oynamaq mənim üçün xoş idi. Özümü sizin qarşınızda borclu hiss edərək ayrılıram. Bütün futbolçulara, məşqçilərə, klub rəsmilərinə və azarkeşlərimizə təşəkkür edirəm, hamınızı bağrıma basıram. Allah sizdən razı olsun".

Xəbər xətti