"Qəbələ" gümüş medalı təmin etdi

21:05 - 12 May 2018

“Qəbələ” Topaz Premyer Liqasının 27-ci turunda "Sumqayıt"ı səfərdə 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" bu nəticə ilə gümüş medalı təmin edib. Sona bir tur qalmış Roman Qriqorçukun yetirmələri ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayır.

 

Son turda isə üçüncü yerin sahibi müəyyənləşəcək. 43 xala malik “Neftçi”, həmçinin, 41 xallı “Zirə” və hesabında 40 xal olan “Sumqayıt” bürünc medalları qazanmaq şansı var.

Xəbər xətti