Araz Abdullayevin komandası mövsümü üçüncü yerdə başa vurdu

Kipr çempionatında sonuncu - 36-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” səfərdə APOEL-in qonağı olub. 

 

Araz 62-ci dəqiqədə Karlitosun əvəzinə meydana daxil olub. Görüş həmyerlimizin komandasının 1:2 hesablı yenilgisi ilə başa çatıb.

 

Bu nəticədən sonra APOEL çempionluğun qazanıb. “Anortosis” isə üçüncü pilləni və Avropa Liqasına vəsiqəni təmin edib.

 

Bununla da Araz Abdullayev icarə əsasında çıxış etdiyi “Anortosis”in heyətində Kipr çempionatının bürünc medalına sahib çıxıb.

Tarix: 13 May [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio