Elnur Çodarov: "Sumqayıt"la oyun bizim üçün final olacaq"

00:00 - 13 May 2018

Topaz Premyer Liqasının 27-ci turunda "Zirə" "Kəpəz"i 2:1 hesabı ilə məğıub edib.

 

Sportal.az xəbər verir ki, oyunundan sonra "qartallar"ın məşqçisi Elnur Çodarov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

“Azarkeşlərimizə təşəkkür edirəm. Bilirdik ki, "Kəpəz"lə matç çətin olacaq. Qış fasiləsindən sonra bir çox rəqiblərə başağrısı olurdular. Son saniyəyə qədər əzmkar mübarizə izlədik. Futbolçularımıza təşəkkür edirəm. "Zirə"nin əvvəlki əzmkarlığı özünə qayıdır. Bu, futboldu, hər şey ola bilər. Futbolçularımıza özünəinam hissi qayıdıb. Onlar uzun müddət idi ki, ardıcıl qələbə qazana bilmirdilər. İndi onun dadını çıxarırlar. Var gücümüzü ortaya qoyacağıq. Hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. "Sumqayıt"la oyun bizim üçün final olacaq.

Xəbər xətti