Budaq Nəsirov mövsümün son oyununda iştirak etmədi

13:02 - 13 May 2018

Portuqaliya ikinci liqasında (Sequnda) mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Braqa”nın əvəzedici komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Nəsirovun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

Beləliklə, "Sportinq"in B komandası mövsümü 39 xalla 20 klub arasında 18-ci pillədə başa vurub.

Xəbər xətti