"Qarabağ" ayrılığı rəsmən açıqladı

13:23 - 13 May 2018

"Qarabağ”dan ayrılan ilk futbolçunun adı rəsmən məlum olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinə keçən Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

 

Braziliyalı vinger "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.

 

“Qarabağ” FK Pedro Enrikeyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti