Paşayevə şans verilmədi, komandası qalib gəldi

15:56 - 13 May 2018

Ukrayna çempionatında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə “Stal” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Paşayev sonadək ehtiyatda qalıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 42 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti