Millimizin üzvünün komandası 29 il sonra aşağı liqaya düşdü

17:17 - 13 May 2018

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Dənizin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Bu tur həm də sözügedən klubun elitanı tərk etməsinin rəsmiləşməsi ilə əlamətdar olub. “Gənclərbirliyi” 29 il sonra Super Liqa ilə vidalaşıb.

Xəbər xətti