Əsgərov fərqləndi, komandası 15 cavabsız qola sevindi

18:57 - 13 May 2018

Latviya Birinci Liqasında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Balvu Sporta” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 15:0.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının bir qolunu da məhz Əsgərov vurub. O, 66-cı dəqiqədə penaltidən fərqlənib. Bununla da Vüqar cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

 

“Dauqavpils” dörd turdan sonra maksimum - 12 xalla vahid liderdi.

Xəbər xətti