"Qəbələ" legioneri ilə yolları ayıra bilər

"Qəbələ"də ayrılıq reallaşa bilər.

 

Sportal.az xəbər verir ki, ötən yay Hollandiyanın "Den Haaq" klubundan transfer olunan Dion Omar Malone "qırmızı qaralar"ın düşərgəsindən ayrılmaq variantı var. 29 yaşlı dayaq yarımmüdafiəçi sabiq komandası "Den Haaq"ın transfer hədəfindədir. Surinam əsilli hollandiyalı futbolçu ilə yanaşı, "Tvente"dən Hidde Ter Avest və "Ayaks"dan Deyovaysio Zeefuykun da adı "Den Haaq"la hallanır.

 

29 yaşlı futbolçu Preyerm Liqada 18 oyunda (1085 dəqiqə) meydana çıxıb. Malonenin "Qəbələ" ilə 2019-cu ilə qədər müqaviləsi var.

 

Əlavə edək ki, "Qəbələ" "Göztəpə"dən icarəyə götürdüyü Famusa Konenin transfer hüququna yiyələnmək üçün Türkiyə klubuna müraciət etməyəcək.

Tarix: 14 May [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio