Eddi İsrafilova yenə də şans verilmədi

10:52 - 14 May 2018

İspaniya Sequndasında 39-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Hueska” ilə qarşılaşıb və by oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Eddinin qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Alkorkon" geridə qalan turlarda 45 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti