"Keşlə" - "Qarabağ" görüşündə debüt etdi

11:30 - 14 May 2018

Topaz Premyer Liqasının 27-ci turu baş hakim debütü ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, “Keşlə” - “Qarabağ” matçını (3:0) idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidi. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu.

 

Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qorumuşdu.

Xəbər xətti