"Mançester Siti"də yeni müqavilə

12:47 - 14 May 2018

“Mançester Siti” qapıçısı Ederson Moraeşlə müqaviləni uzadıb.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" 24 yaşlı qolkiperlə 2022-ci ildə bitəcək müqavilə müddətini 2025-ci ilədək uzadıb.

 

Braziliya millisinin üzvü bu mövsü 45 matçda 36 qol buraxıb, 21 qarşılaşmada qapısının toxunulmazlığını qoruyub saxlayıb.

 

Ederson ötən yay "Mançester Siti"yə “Benfika”dan 40 milyon avroya transfer olunub.

Xəbər xətti