Sabiq "Qarabağ"lı Super Liqa klublarının hədəfində

"Qarabağ"ın sabiq futbolçusu Raydell Pupon Türkiyədə klubunu dəyişə bilər. 

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nı məğlub edərək ölkə kubokunu qazanan "Akhisarspor" hollandiyalı forvardı transfer hədəfinə alıb. 31 yaşlı hücumçu ilə Super Liqaya yüksələn "Ankaragücü" və "Rizespor" da maraqlanır.

 

Pupon 2 mövsümdür Türkiyə I Liqasında mübarizə aparan "Boluspor"un formasını geyinir. O, ilk mövsümündə 30 oyuna 16, bu mövsüm isə 36 matçda 20 qol vurub.

 

Qeyd edək ki, Raydell Pupon "Qarabağ"da 2015-2016 mövsümünün ilk yarısında forma geyinib və 15 oyuna 1 qol vurub. 

Tarix: 14 May [13:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2018
21  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio