PSJ yeni baş məşqçisini rəsmən açıqladı

00:17 - 15 May 2018

PSJ-nin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis Tomas Tuhel Paris klubunun "sükanı arxası"na keçib. 44 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Tuhel bu vəzifədə Unai Emerini əvəzləyib.

 

Xatırladaq ki, Tomas Tuhel bundan əvvəl Almaniyanın "Maynts" və "Borussiya" Dotmund klublarını çalışdırıb.

Xəbər xətti