“Slaviya”dan Muradovsuz növbəti məğlubiyyət

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Dinamo Çeske” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Rövlan bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

 

“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Tarix: 15 May [00:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2018
25  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio