Nesta İtaliya klubunu çalışdıracaq

00:59 - 15 May 2018

İtaliya millisinin sabiq müdafiəçisi, "Latsio", "Milan" kimi klublarda çıxış edən Alessandro Nestanın yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis İtaliya B Seriyasında mübarizə aparan “Peruca”nın yeni baş məşqçisi təyin olunub. O, bu postda Roberto Bredanı əvəz edib.

 

Nesta, 2016-2017-ci il mövsümündə ABŞ-ın “Mayami” komandasını çalışdırıb.

Xəbər xətti