Sarrinin əvəzinə Ançelotti?

Karlo Ançelottinin yeni iş yeri müəyyənləşə bilər.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı "Napoli" ilə danışıqlar aparır. İtaliya mətbuatının yaydığı məlumata görə, Mauritsio Sarri neapolluları tərk etsə, əvəzinə Ançelotti gələcək. Sarrinin taleyinə isə mövsümün son turundan sonra aydınlıq gələcək.

 

Xatırladaq ki, 58 yaşlı Ançelotti karyerası ərzində "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ və "Bavariya" kimi klublarda çalışıb.

Tarix: 15 May [10:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2018
25  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio