UEFA-dan "Keşlə"yə "yaşıl ışıq": avrokuboklarda çıxış edə bilər

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə” PFK-nın sənədlərinə baxılıb.

 

AFFA “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” PFK 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.

 

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə” PFK-ya lisenziya verilməsi qərarına gəlib.

Tarix: 15 May [12:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio