Dani Alveş həyat hekayəsini yazdı: "Mənim üçün ağlamayın"

PSJ-nin braziliyalı müdafiəçisi Dani Alveş zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu "The Players' Tribune" saytına yazı verib. Alveş qələmə aldığı yazıda futbolsevərlərə səslənib.

 

"Dizimdən zədə alanda sanki ruhum bədənimdən çıxdı. Həmin an dünya çempionatında yer almayacağımı anlamışdım".

 

 

"Klubun həkimləri testlərin cavablarının sabah açıqlanacağı dedi. Ancaq hər şeyin başa çatdığını anlamışdım".

 

 

"Komanda yoldaşlarım Fransa kubokunu qazandıqları üçün sevinc içində idilər. Mən isə kiməsə neqativ enerji vermək istəmirdim. Əgər Dani Alveşi tanıyırsızsa, onun hər zaman xoşbəxt olduğunu bilməlisiz. Ona görə də güldüm və əyləndim. Ancaq hamı gözlərimə baxanda yanlış şeylər görürdü".

 

 

"Özüm təklikdə qalanda bir dəfə ağlamışam. Amma istəmirəm ki, kimsə mənim üçün qüssələnsin. Üzülüməyinizi istəmirəm. Mən xəyallarımı yaşamış insanam. Bəli, Alveş dünya çempionatına getməyəcək, ancaq o, xoşbəxt insandır".

 

 

"Azyaşlı fanatlar kimi mundialı TV-dən izləyəcəm. Yeganə fərq ondadır ki, televizor uşaqlığımızda gördüklərimizdən daha böyükdür".

 

Related image

 

"Atam fermada çalışırdı. Balaca televizorumuz var idi. Anam ekranın düzəlməsi üçün həmişə antenna ilə oyayırdı. Heç vaxt şəffaf göstərmirdi, ancaq buna cəhd edirdi və ortaya nəsə qoyurdu. Yağışlı və havanın buludlu olduğu günlər isə antenna işləmirdi".

 

Related image

 

"Atam futbol azarkeşi idi. 1994-cü ildə keçirilən dünya çempionatını yaxşı xatırlayıram. Evimiz dünyanın mərkəzi kimi idi. Məhəllədə hər kəs oyunu izləmək üçün bizə toplaşırdı. Təsəvvür edin, 50 insan bir oyunu eyni televizordan izləyir. Evimiz kiçik stadion idi. Evin hər yerində Braziliya bayraqları var idi. Parti!"

 

Image result for dani alves child

 

"İngiltərə, Almaniya və Fransada insanlar futbolu sevirlər. Ancaq onlar ancaq azarkeşdirlər. Ancaq Braziliya insanlar futbolu izləmir. Onlar futbolu oyunçularla birlikdə oynayır. Bu ehtirası azarkeşlər futbolçularla yaşayır. Nə dediyimi anlaya bildiniz?"

 

Image result for dani alves child

 

"Mən bunu 10 yaşımda yaşamışam. Kafu və Romario irəli gedəndə biz də hücuma keçirdik. Müdafiə olunanda biz də qapanırdıq. Futbolu oynayanlar kimi matçı izləyirdik. Braziliyada futbol insanlar üçün din qədər vacibdir. Onlar bunu belə söyləyir".

 

Related image

 

"Dünya çempionatı tam fərqli həyəcandır. Sanki başqa bir dünyadır. Braziliyada mundial vaxtı təbəqlərin fərqi olmur. Varlı və kasıblar, bir sözlə, bütün ölkə bərabər həyəcan yaşayır".

 

 

"Arzularımı yaşamışam. Gerçək həyatda millinin sarı rəngli formasını geyinmişəm. Bu forma üçün qanımı axıtmışam. Dünya çempionatında bütün Braziliya xalqı kimi mən də ekran başından oyunu izləyəcəm, birgə hücuma keçib, müdafiə olunacağıq".

 

 

"Bu komandanın çempion olacağına inanıram. Çox istedadlı və superulduz futbolçularımız var. Daha da önəmlisi isə maestromuz var. Tite gözəl komanda qurdu. Onunla birlikdə möhtəşəm oynayırıq. Koutinyo və Qabriel Jezus kimi gənc futbolçulara sahibik. Ötən mundialdan fərqli olaraq, bu dəfə doğru iş görəcəklərinə inanıram".

 

 

"Özümü veteran futbolçu kimi görmürəm. Ruhum hələ 13 yaşındadır. Kim bilir, bəlkə də 2022-ci il dünya çempionatında Braziliya üçün oynayacam. Vücudum 39, ruhum isə 17 yaşında olacaq".

 

Image result for dani alves funny

"Əgər dünya çempionu olsaq, ağzımı yumacam, bağırmayacam. Sadəcə, ağlayacam".

Tarix: 15 May [12:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2018
25  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio