Budaq Nəsirov Azərbaycana qayıdır? AÇIQLAMA

“Portuqaliyada mövsüm yenicə başa çatıb. Nəsirovun taleyinə yaxın 10 gün ərzində aydınlıq gələcək. İcarəyə veriləcəyi və ya klubda qalacağı haqda yekun qərar veriləcək”.

 

Bu sözləri Sportal.az saytına FIFA agenti Vaqif Heydərli söyləyib. Portuqaliyanın “Sportinq” klubunda çıxış edən Budaq Nəsirovun meneceri olan Heydərli U-21 millimizin üzvünün Azərbaycana qayıdacağı haqda gəzən xəbərlərə münasibət bildirib. Agent gənc yarımmüdafiəçinin başqa kluba icarəyə verilə biləcəyini istisna etmir:

 

“Bugünkü gün üçün Budaq Nəsirovun Azərbaycana dönüşü gözlənilmir. Amma futboldur, hər şey baş verə bilər. “Sportinq” Nəsirovu Portuqaliyada başqa kluba və ya digər ölkənin təmsilçisinə icarəyə verə bilər. Hamısı danışıqlardan asılı olacaq. Bu gün desəm ki, Budaq ölkəmizə dönəcək, bu, yalan olar. Desəm ki, gəlməyəcək, o da düz olmaz. Hazırda dəqiq nəsə yoxdur”.

 

Qeyd edək ki, 21 yaşlı futbolçu 2016-cı ildə "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edir.

Tarix: 15 May [14:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2018
25  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio