Yoahim Lövün müqaviləsi uzadıldı

Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Yoahim Lövlə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin fəaliyyətindən razı qalan federasiya rəhbərliyi 58 yaşlı çalışdırıcı ilə yeni müqavilə bağlamaq qərarına gəlib.

 

Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2022-ci ilədək Bundestimin “sükanı arxası”nda olacaq.

 

Qeyd edək ki, Löv 2006-cı ildən millini çalışdırır.

 

Əlavə edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Tarix: 15 May [14:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2018
17  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio