Mükafatlandırma mərasimlərinin vaxtı açıqlandı

Topaz Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümü finişə yaxınlaşır.

 

Sportal.az xəbər verir ki, sonuncu - 28-ci turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.

 

19 may (şənbə)

 

Əvəzedici heyətlərin yarışında “Bayıl Arena” stadionunda keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək. 

 

21 may (bazar ertəsi)

 

Topaz Premyer Liqasında, “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman Topaz Premyer Liqasının çempionu “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də Topaz Premyer Liqasının bombardirinə xüsusi hədiyyə veriləcək.

Tarix: 15 May [15:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio