"İnter" "Yuventus"un futbolçusunu transfer etdi

16:09 - 15 May 2018

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Yuventus"la müqaviləsi başa çatan Kvadvo Asamoanı transfer edib. Qanalı müdafiəçi ilə 3 illik razılıq əldə olunub. 29 yaşlı futbolçu "İnter"də illik 3 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, Asamoa 2012-ci ildən "Yuventus"da çıxış edir. O, turinlilərin heyətində meydana çıxdığı 115 qarşılaşmada 5 qol vurub.

Xəbər xətti