Vaqif Heydərli Avropaya yenə futbolçu aparır: "Üç oyunçu nəzərdə tutmuşuq"

Vaqif Heydərli azsaylı FİFA menecerlərindəndir ki, təkcə ölkəyə legioner gətirmir, həm də yerli gənclərin Avropa klublarına trasnferinə yardımçı olur.

 

Hazırda Portuqaliyanın "Sportinq” klubunda çıxış edən Budaq Nəsirov, Praqa "Slaviya”sında forma geyinən Rövlan Muradov və bu komandadan Gürcüstanın "Şevardeni" klubuna icarəyə verilən Fərid Nəbiyev buna əyani misaldır.

 

Sportal.az saytına açıqlama verən Vaqif Heydərli yay transfer dönəmində də bir neçə azərbaycanlı futbolçunun ölkə xaricinə keçidi üçün çalışdığını açıqlayıb:

 

"Yayda ölkə xaricinə bir neçə azərbaycanlı futbolçunu aparmağı planlaşdırırıq. İndiki halda ad açıqlamaq düzgün olmaz. Üç oyunçunu nəzərdə tutmuşuq. Lakin kimin gedib-getməyəcəyi isə danışıqlar prosesindən asılı olacaq. Bu işdə hər şey ola bilər. Say arta da bilər, azala da. Ümumiyyətlə, transferlər baş tutmaya da bilər və ya gözlədiyimizdən də yaxşı alınar. Hər şey danışıqlardan asılıdır. Bu yöndə çalışırıq".

Tarix: 15 May [16:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio