Millimizin üzvünün komandası baş məşqçisi ilə vidalaşdı

18:29 - 15 May 2018

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Gənclərbirliyi" Ümit Ozatla qarşılıqlı razılaşma əsasında yolları ayırıb. Bu barədə klubun prezidenti Murad Cavcav məlumat verib.

 

Qeyd edək ki, Ankara təmsilçisinin mövsümün bitməsinə bir tur qalmış Super Liqanı tərk etməsi dəqiqləşib. Belə ki, aktivində 30 xal olan "Gənclərbirliyi turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

 

Xatırladaq ki, milli komandamızın üzvü Dəniz Yılmaz "Gənclərbirliyi"nin şərəfini qoruyur.

Xəbər xətti