"Napoli"dən "Milan"a keçdi

00:32 - 16 May 2018

Mövsümün sonunda "Napoli" ilə müqaviləsi başa çatan Pepe Reyna klubdan ayrılmaq qərarı verib.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvünün yeni klubu bəlli olub. 35 yaşlı əlcək sahibi "Milan"la anlaşıb. Bu barədə "qırmızı qarlar"ın idman direktoru Massimiliano Mirabelli "Futbool İtalia" nəşrinə açıqlamasında bildirib.

 

Qeyd edək ki, Pepe Reyna Neapol təmsilçisində 2015-ci ildən çıxış edirdi. Təcrübəli futbolçu "Barselona", "Vilyarreal", "Liverpul" və "Bavariya" kimi klublarda çıxış edib.

Xəbər xətti