Millimizin oyununun hakimləri açıqlandı

11:02 - 16 May 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bakıda keçiriləcək matçı Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

 

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Gürcüstan görüşü bu gün saat 19:00-da başlayacaq.

Xəbər xətti