Samir Əliyev hakimləri təhqir etdiyi üçün sərt cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın və əvəzedici heyətlərin son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” - “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin 27-ci turunun “Sumqayıt” - “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin 27-ci turunun “Keşlə” - “Qarabağ” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin 27-ci turunun “Neftçi” - “Səbail” matçının 79-cu dəqiqəsində “Səbail”in futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin 27-ci turunun “Zirə” - “Kəpəz” matçının 88-ci dəqiqəsində “Zirə”nin futbolçusu Kənan Zülfiqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Tarix: 16 May [12:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio