"Qarabağ"dan ayrıldı, icarəyə verilir

Cari mövsümü icarə əsasında "Qarabağ"da keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

 

Sportal.az xəbər verir ki, Yunanıstan klubu braziliyalı vingeri yenidən icarəyə verməyi düşünür. Çempionlar Liqasında mübarizə aparacaq Saloniki təmsilçisi daha səviyyəli futbolçuları transfer etməklə turnirdə uğurlu çıxış etməyi hədəfləyir. Pedro komadanın baş məşqçisi Razvan Luçeskunun gələcək planlarına daxil olmadığı üçün klubdan ayrılacaq. Onun başqa kluba icarəyə veriləcəyi gözlənilir.

 

27 yaşlı futbolçu "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.

Tarix: 16 May [14:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio