I Divizion klublarının cəzaları açıqlandı

16:36 - 16 May 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Sportal.az
xəbər verir ki, I Divizionun 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
 

 

I Divizionun XXVII turunun “Binə” – MOİK matçında “Binə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 37-ci dəqiqəsində “Binə” klubunun 85 №-li futbolçusu Renat Aşırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən  futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur.

Xəbər xətti