"Beşiktaş"ın futbolçusu Çin klubunda

17:10 - 16 May 2018

"Beşiktaş"ın futbolçusu Dusko Toşiç karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, serb müdafiəçi bu ölkənin "Quançjou Everqrand" klubuna transfer olub. "Qara qartallar" bu transferdən 5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Toşiç 2015-ci ildən "Beşiktaş"ın şərəfini qoruyur. 33 yaşlı müdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 66 qarşılaşmada 7 qol vurub.

Xəbər xətti