Premyer Liqa klublarının məşqçiləri üçün seminar keçirildi

AFFA-da məşqçilər üçün seminar keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasında çıxış edən klubların məşqçiləri üçün “İnstat” şirkətinin nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub.

 

Xatırladaq ki, Topaz Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası danışıqlardan sonra şirkətlə ikiillik müqavilə imzalayıb. Müqaviləyə əsasən, “İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək. AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.

Tarix: 16 May [17:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio