Ərtuğrul Sağlam "Traktor Sazi"ni "Kayserispor"a dəyişdi

18:15 - 16 May 2018

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi İranın "Traktor Sazi" klubunun baş məşqçisi Ərtuğrul Sağlam ilə anlaşıb. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Sağlam bu postda dünən istefaya göndərilən Marius Şumudiçanı əvəz edəcək.

 

Xatırladaq ki, türkiyəli çalışdırıcı yanvar ayından "Traktor Sazi"yə rəhbərlik edirdi.

Xəbər xətti