Messi: "Başqa kluba getməyə ehtiyac duymuram"

18:29 - 16 May 2018

"Barselona"nın futbolçusu Lionel Messi karyerası haqda danışıb.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu dünyanın ən yaxşı komandasında oynadığını deyib. Messi başqa kluba getmək niyyətinin olmadığını bildirib:

 

"Dünyanın ən yaxşı komandasında oynayıram. Mənim üçün buradan daha yaxşı bir yer yoxdu. Hər mövsüm bütün kuboklar üçün mübarizə aparıram. Nəyisə sübut etmək üçün başqa bir komandaya getməyə ehtiyac duymuram".

Xəbər xətti