Futbolçuları döyən azarkeşlər həbs olundu

18:44 - 16 May 2018

Portuqaliyanın “Sportinq” klubunun bazasına hücum edərək futbolçuları və baş məşqçi Jorje Jesuşu döyən azarkeşlərin bir qismi saxlanılıb. 

 

Sportal.az xəbər verir ki, bazaya soxulan 50-yə yaxın fanatdan 21 nəfər tutulub.

 

Komadanın bazasına gələn bir qrup fanat baş məşqçi Joeje Jezuş başda olmaqla, futbolçular - Bas Dost, Akuna, Rui Patrisiu, Villian Karvalyu və Rodriqo Battalyanı döymüşdülər. Dava zamanı komandanın hollandiyalı hücumçusu Bas Dost başından xəsarət almışdı. Məlum hadisədən sonra Lissabon klubunun futbolçuları ölkə kubokunun finalında "Aveş"lə görüşə çıxmaq istəmirlər.

Xəbər xətti