Millimiz Gürcüstana uduzdu

23:08 - 16 May 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.

 

Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.


Yoldaşlıq oyunu

16 may

 

Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2
Qollar:
Ziya Əzizov, 66 - David Muciri, 79, David Samurkasovi, 83
“Dalğa Arena” 

Xəbər xətti