Qabi: “Qarabağ”la oyundan sonrakı sözlərimi “yeyirəm”

UEFA Avropa Liqasının qalibi olan Madrid “Atletiko”sunun kapitanı Fernando Qabi "Marsel"ə qalib gəldikləri oyudan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la 1:1 hesablı heç-heçədən sonra komandasını tənqid etdiyinə görə üzr istəyib. O, Avropa Liqasını "Atletiko"ya yaraşdırmamış və bu turniri "it nəcisi" adlandıraraq komanda yoldaşlarını tənqid etmişdi. Qabi dediyi sözləri geri götürdüyünü bildirib:

 

“Qarabağ”la oyundan sonra komandamı tənqid etmişdim. Həmin oyundan sonrakı sözlərimi “yeyirəm”. Hər kəsin çətin anları olur. Bu qələbə “Atletiko” üçün böyük uğurdur. Biz çempionluq əldə etmişik. Sadəcə, sevinməliyik”. 

 

 

34 yaşlı yarımmüdafiəçi final görüşündə dubla imza atan Antuan Qrizmannın komandada qalacağına ümid etdiyini deyib: "O, oyunu ilə göstərdi ki, "Atletiko"ya köklənib. Ümid edirəm ki, bizimlə davam edəcək".

Tarix: 17 May [10:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio