"Qarabağ"ın futbolçusu Argentina ilə oyundan imtina etdi

"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti millisinin heyətində Argentina yığmasına qarşı yoldaşlıq matçında iştirak etməkdən imtina edib.  

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu şəxsi məsələlərinə görə millinin düşərgəsini yollanmayıb. O, bildirib ki, öncədən planlaşdırdığı məzuniyyət üçün otellər bron edib və ümumilikdə 4200 dollar ödəyib.

 

Gerye yığmaya gəlməməsini həm də "Qarabağ"ın futbolçulara cəmi 8 günlük məzuniyyət verməsi ilə əlaqləndirib: "Klubum avrokuboklarda çıxış edəcək. Bizdə  8 gündən uzun məzuniyyət yoxdur. "Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Avstriyada 3 həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam.  Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada 7 gündən  sonra 30-da geri dönmək mənim üçün çətindir. Ailəm üçün çox darıxmışam. Buna görə anlaşılmazlığın səbəbini başa düşmürəm".

 

Qeyd edək ki, Haiti mayın 29-da Argentina yığması ilə yoldaşlıq görüşü keçirəcək.  

Tarix: 17 May [11:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2018
16  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio