"Qəbələ"də ayrılıq

11:41 - 17 May 2018

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

2017-ci yayından "qırmızı-qaralar"da çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.

 

“Qəbələ” Dion Malona “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti