Gürcüstan millimizi məğlub etdi VİDEO

13:10 - 17 May 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.

 

Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.


Yoldaşlıq oyunu

 

Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2
Qollar
: Ziya Əzizov, 66 - David Muciri, 79, David Samurkasovi, 83
“Dalğa Arena” 

 

 

 

 

Xəbər xətti