Buffon "Yuventus"dan ayrılır RƏSMİ

14:19 - 17 May 2018

Canluici Buffon "Yuventus"dan ayrılır.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı bu gün keçirdiyi mətbuat konfransında bu barədə söyləyib. O, bildirib ki, A Seriyasının son turunda "Verona" il görüş onun "Yuventus"da sonuncu matçı olacaq. Lakin Buffon ona təkliflərin gəldiyini və karyerasını başa vurub-vurmaması ilə bağlı qərarını növbəti həftələrdə açıqlayacağını deyib.

 

Qeyd edək ki, Buffon 2001-ci ildə "Parma"dan "qoca-sinyora"ya keçmişdi. İtaliya millisinin üzvü "Yuventus"da 655 oyun keçirib və 20 kubok qazanıb.

Xəbər xətti