Millinin sabiq üzvü avtoqəzada dünyasını dəyişdi

15:43 - 17 May 2018

Trinidad və Tobaqo yığmasının sabiq futbolçusu Cey Lloyd Semuel vəfat edib.

 

Sportal.az xəbər verir ki, keçmiş futbolçu 37 yaşında avtoqəzada həyatını itirib. O, övladlarını məktəbə qoyub evə qayıdırkən qarşı tərəfdən gələn maşınla toqquşub.

 

Semuel İngiltərənin “Bolton” və “Aston Villa” klublarında çıxış edib.

Xəbər xətti