"Qarabağ"ın futbolçuları Ağdamda hərbçilərlə görüşdü FOTOLAR

16:47 - 17 May 2018

"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.

 

Sportal.az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.

 

Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə ediblər.  

 

Xəbər xətti