Sabiq "Qalatasaray"lı Hollandiya klubunda

17:37 - 17 May 2018

Hollandiyanın "Heerenveen" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Erediviziya təmsilçisi "Qalatasaray"ın sabiq baş məşqçisi Yan Olde Rikerinklə anlaşıb. 55 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq. Rikerink bu postda Yurgen Streppeli əvəz edəcək.

 

Qeyd edək ki, "Heerenveen" Hollandiya çempionatını 46 xalla 8-ci pillədə başa vurub.

Xəbər xətti